تبليغاتX
yenilmez lider - gamoh haqqında
GAMOH 1995-ci ildə ən ağır təzyiqlər, həbslər və işgəncələrə dirənərək Azərbayacan haqlarının uğrunda açıq mübarizəyə və Azərbaycan türkçülüyü təfəkkürünün kütləviləşdirilməsi hərəkatına start verən və başçılıq edən professor Çöhrəqanlı və onun silahdaşlarının tərərfindən gizli şəraitdə çeşitli kod adları altinda yaradılmışdır.

Güney Azerbaycanda baş veren kütelvi aksiyalara, etirazlara, marifçilik hərəkatına, milli şüurun yuksəldilmesi və milli oyanış davasına başçılıq etmiş və etməkdədir. İran adlanan ölkənin durumunu nəzərə alaraq içəridə Güney Azərbayacan Milli Hərərkatı adı altında çalışmaqdadır. GAMOH - Türkçülüyə, Muasirliyə ve İnanc azadlığına söykənən, yüzə qədər elmi- ədəbi, milli-mədəni, ictimai-siyasi qurumu ətrafında birləşdiren və milyonlarla tərərfdarı olan boyuk demokratik, siyasi-ictimai hərəkatdır.

GAMOHun onlarla üzvu, rejimin qurbanı olmuşdur. Minlərlə üzvu və tərərfdari rejimin tezyiqləri altındadir, yüzlərlə üzvu və tərəfdari isə həbsxanalardadır. GAMOHun Mərkəzi Qerargahı Güney Azərbaycanda yerləşir. Ünvanı gizli saxlanılır. Əsasən Güney Azərbaycanda fəaliyyət göstərən GAMOHun İranın başqa bölgələrində də komitə və şöbələri çalışmaqdadır. 2002-ci ildən başlayaraq GAMOHun xarici nümayəndəlikləri və təmsilçilikləri də açılmışdır.

Hazırda GAMOHun xarici ölkələrdə, o cümlədən, Azərbaycan Respublikasında, Turkiyədə, Avropa və Birləşmiş Amerika Dövlətlərində 24 təmsilçiliyi-Bürosu- fəaliyyət göstərir. GAMOH, Birləşmiş Millətlərin müxtəlif komissiyalarının, bir çox beynəlxalq qurumların, Avropa Birliyinin, Avropa Parlamentinin, eləcə də demokratik dövlətlərin tanıdığı beynəlxalq təşkilatdır.

GAMOH, Beynəlxalq hüquq və prinsiplərə dayanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təinetmə" haqqının bərpası uğrunda mübarizə aparir. GAMOH, hər cürə zorakılığın əleyhinədir və dinc siyasi mübarizə metodlarına üstünlük verir.
+ نوشته شده توسط guneyli در دوشنبه 13 فروردین1386 و ساعت 19:2 |